...

Hacı Məmmədovun məhkəməsində vəkilin etirazı ilə bağlı vəsatət təmin olunmayıb

Cəmiyyət Materials 23 Avqust 2006 14:24 (UTC +04:00)

Avqustun 23-də DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyət müfəkilli H.Məmmədovun və onun başçılıq etdiyi bandanın məhkəməsində bir neçə vəkilin məhkəmə heyətinə etirazı ilə bağlı vəsatət təmin olunmayıb. Trend in xəbərinə görə, H. Məmmədovun və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

Dəstə üzvü Azər Əliyevin vəkili Tofiq Allahverdiyev məhkəməyə təqdim etdiyi vəsatətlə bandanın cinayət işinin istintaqını aparmış MTN İstintaq İdarəsi müstəntiqlərinin məhkəmədə şahid qismində dindirilmələri ilə bağlı olub. Vəkil bildirib ki, bəzi epizodlarda anlaşılmazlıq olduğuna görə müstəntiqlərin şahid qismində dindirilməsinə ehtiyac var. Lakin məhkəmə heyəti vəsatəti müşavirədə müzakirə etdikdən sonra məhkəmə zalına qayıdaraq elan edib ki, hazırkı mərhələdə istintaqçıların şahid qismində məhkəmənin işinə cəlb olmasına ehtiyac yoxdur.

Hakim bu qərarı elan etdikdən sonra vəkil T.Allahverdiyev bildirib ki, hakim qərəzli mövqe tutur və bunu səbəb gətirərək məhkəmə heyətinə etirazla bağlı növbəti vəsatətini təqdim edib. Təqsirləndirilən şəxslərin və vəkillərin bəziləri bu vəsatəti dəstəkləsələr də, başqaları münasibət bildirməkdən imtina etdilər. Bu vəsatət hakimlər tərəfindən müşavirədə müzakirə edilib. Zala qayıdan hakim Əli Seyfəliyev vəsatətin təmin olunmaması ilə bağlı qərarı elan edib.

Xəbər lenti

Xəbər lenti