...

Hacı Məmmədovun dəstəsinin üzvü ondan törətdliyi cinayətləri başqasının üzərinə yıxmamağı tələb edib

Cəmiyyət Materials 29 Avqust 2006 15:04 (UTC +04:00)

Avqustun 29-də Hacı Məmmədovun məhkəməsində dəstə üzvü Eldar Rəhimov H.Məmmədovdan törətdiyi cinayətləri başqasının üzərinə yıxmamağı tələb edib. Trend in xəbərinə görə, H. Məmmədov və onun başçılıq etdiyi 25 nəfərdən ibarət bandanın cinayət işi üzrə məhkəmə istintaqı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilir.

E.Rəhimovun bu tələbi məhkəmə zalında qalmaqal yaranmasına səbəb olub. E.Rəhimov H.Məmmədova bildirib ki, "Azərmebelsənaye"nin direktoru Nazim Paşayevin və onun sürücüsü Natiq Abbasovun qətlini onun üzərinə yıxmasın.

Daha sonra vəkil Elton Quliyev H.Məmmədova 1997-ci ildə cinayətkar Abuzər Abuzərovun təcridxanadan qaçırılması ilə bağlı sual verib. H.Məmmədov cavabında bildirib: "Bu yuxarıdan gələn tapşırıq idi. Məhkəmənin gedişatında hamısını açıqlayacağam".

Daha sonra digər təqsirləndirilən şəxs Novruz Nuriyevlə H.Məmmədov arasında mübaisə yaranıb və təqsirləndirilən şəxslər bir-birini təhgir ediblər.

H.Məmmədov təqsirləndirilən şəxs Zakir Nəsirovun vəkili Tərlan Xanəliyevin suallarını cavablandırmaqdan imtina edib. Məhkəmə iclası davam edir.

Xəbər lenti

Xəbər lenti