...

Bakıda Rusiya Həmvətənləri Beynəlxalq Şurası Rəyasət Heyətinin toplantısı keçirilir

Cəmiyyət Materials 5 Sentyabr 2006 15:33 (UTC +04:00)

Sentyabrın 4-də Bakıda Rusiya həmvətənlərinin beynəlxalq şurasının (RHBŞ) rəyasət heyətinin toplantısı öz işinə başlayıb. Trend xəbər verir ki, toplantının açılışı qapalı rejimdə keçirilir.

Sentyabrın 7-nə qədər davam edəcək forumun təşkilatçıları Azərbaycanın rus icması və RHBŞ-dir. Toplantının işində RHBŞ-nin prezidenti qraf Pyotr Şeremetyev və şuranın, RF XİN, Rusiya xarici mərkəzinin üzvləri, MDB ölkələrinin rus icmalarının nümayəndələri iştirak edir.

RHBŞ -də müxtəlif ölkələrdə Rusiya həmvətənlərinin təxminən 400 təşkilatı birləşib. Şuranın rəyasət heyəti 2002-ci ildə yaradılıb. Bakı toplantısı şuranın rəhbər orqanının ikinci toplantısıdır, birinci toplantı isə 2004-cü ildə Kiprdə keçirilib. Toplantının yeri Azərbaycan prezidentinin təklifi ilə seçilib.

Xəbər lenti

Xəbər lenti