Azərbaycanın insan haqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Azərbaycanın cənub rayonlarının istintaq təcridxanalarına baxış keçirib. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından bildirilib.
E.Süleymanova Sabirabad, Salyan, Neftçala, Cəliladab rayonlarında olub. Ombudsman müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olub, həmçinin insan ləyaqətini alçaldan hərəkətlərin olma ehtimallarını öyrənib. Saxlanılan şəxslərlə söhbət zamanı bu cür halların olması faktı aşkar edilməyib.