...

Azərbaycanın Ekologiya Nazirliyi Həsən Əliyev adına mükafat təsis edir

Cəmiyyət Materials 10 Oktyabr 2006 14:49 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi Həsən Əliyev adına mükafatın təsis olunacağını bildirib. Trend nazirliyə istinadən xəbər verir ki, mükafat aşağıdakı nominasiyalar üzrə verilir:

1.Elm, təhsil və təbiətə humanist münasibətlərin təbliğat formaları,

2.Meşələrin qorunması, bərpası və artırılması,

3.Biomüxtəlifliyin mühafizəsi və sabit inkişafı.

Layihələr 5 dekabr 2006-cı il tarixinə qədər qəbul olunacaq. Hər nominasiyaya görə mükafatın məbləği 500 AZN təşkil edir.

Mükafatlar akademikin ad günü ərəfəsində 15 dekabr 2006-cı ildə veriləcək. İştirak etmək istəyən şəxslər əlavə məlumat almaq üçün nazirliyin ekoloji təbliğat şöbəsinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti