...

Qrossmeyster Şəhriyar Məmmədyarov Mixail Tal memorialında iştirak edəcək

Cəmiyyət Materials 1 Noyabr 2006 15:28 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov noyabrın 5-də Moskvada başlayacaq Mixail Tal memorialına dəvət alıb.

Trend in xəbər verdiyi kimi, yarış kifayət qədər nüfuzlu olacaq. Yarışda rusiyalı Pyotr Svidler, Aleksandr Morozeviç və Aleksandr Qrişuk, erməni Levon Aronyan, macar Peter Lekon, israilli Boris Gelfand, ispan Aleksey Şirov, ukraynalı Ruslan Ponomaryov və norveçli Maqnus Karlsen iştirak edəcək. Memorial dairəvi sistem üzrə keçiriləcək. Yarış başa çatdıqdan sonra isə şahmatçılar güclərini blits-turnirdə sınaya biləcək.

Qeyd etmək lazımdır ki, bu günlərdə Ş.Məmmədyarov Hollandiyada keçirilmiş iri turnirdə bolqar Veselin Topalov, macar Yudit Polqar və lövhə sahibi İvan Sokolov üzərində qələbə qazanaraq turnirin qalibi olub.

Xəbər lenti

Xəbər lenti