...

Azərbaycanda sərbəst toplaşmaq azadlığına həsr olunmuş konfrans dekabrda keçiriləcək

Cəmiyyət Materials 7 Noyabr 2006 18:41 (UTC +04:00)

Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna həsr olunmuş növbəti konfrans dekabrda Strasburqda keçiriləcək. Bu barədə Trend ə Avropa Şurası Venesiya Komissiyasının Konstitusiya Əməkdaşlığı şöbəsinin əməkdaşı Anal Şable (Alain Chablais) məlumat verib.

Xatırladaq ki, ATƏT-in Venesiya Komissiyası və Azərbaycan hökuməti ilə birgə təşkil etdiyi bu tədbir noyabrın ilk yarısında Bakıda keçirilməli idi. Tədbirin vaxtının dəyişdirilməsi səbəbləri açıqlanmır.

Qeyd edək ki, Azərbaycan hökumət orqanlarının müraciətindən sonra Venesiya Komissiyası 1998-ci ildə qəbul olunmuş "Azərbaycanda sərbəst toplaşmaq azadlığı haqqında" qanunu öyrənib və bununla bağlı öz rəyini açıqlayıb.

Xəbər lenti

Xəbər lenti