...

Strasburqun Mark Lok Unversitetində Azərbaycanla bağlı seminar keçiriləcək

Cəmiyyət Materials 28 Dekabr 2006 15:12 (UTC +04:00)

2007-ci ilin yanvar ayının 24-də "Azərbaycan Evi"nin təşkilatçılığı ilə Fransanın Strasburq şəhərində Mark Lok Unversitetində Azərbaycanla bağlı seminar keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov bildirib.

"Həmin seminarda mən çıxış edəcəm. Məruzəm "Nizami Gəncəvi və dünya mədəniyyəti" adlanır. Məruzə ətrafında aparılan müzakirələrdə Mark Lok Unversitetinin şərqşunas, türkoloq alimləri, ziyalılar, siyasətçilər, Azərbaycan diasporunun nümayəndələri və dəvət olunan qonaqlar da iştirak edəcəklər" - deyə millət vəkili qeyd edib.

Onun fikrincə, həmin seminar Azərbaycan mədəniyyətinin, elminin təbliğində mühüm rol oynayacaq.

Xəbər lenti

Xəbər lenti