...

Əksər gündəlik qəzetlər bü gündən etibarən 30 qəpiyə satılır

Cəmiyyət Materials 1 Fevral 2007 11:08 (UTC +04:00)

Fevralın 1-dən etibarən Azərbaycanda nəşr olunan bir sıra gündəlik qəzetlərin satış qiyməti 10 qəpik artırılaraq 30 qəpiyə çatdırılıb. Trend in məlumatına görə, bu qəzetlər sırasına "Yeni Müsavat", "Azadlıq", "24 saat", "Gündəlik Azərbaycan", "Ekspress", "Bizim yol", "Milli yol" qəzetləri daxildir. Bəzi qəzetlər isə ("Exo", "Zerkalo") artıq bir müddət əvvəldən qiymətləri qaldırıblar.

Gündəlik nəşr olunan cəmi bir neçə qəzet isə ("525-ci qəzet", "Həftə içi", "Üç nöqtə", "Şərq") əvvəlki qiyməti (20 qəpik) saxlayıb.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə Azərbaycanda enerjidaşıyıcıların, kommunal xidmətlərin qiymətinin artırılmasından sonra bir sıra sahələr kimi, qəzetlərin də çap və satış qiymətlərində artım zərurəti yaranıb.

Xəbər lenti

Xəbər lenti