...

Fransa Cənubi Kiprin hərbi bazalarından istifadə edəcək.

Cəmiyyət Materials 1 Mart 2007 17:41 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransa XİN-in mətbuat xidmətinin Trend in müxbirinə verdiyi məlumata görə dünən Cənubi Kipr ilə Fransa arasında, müdafiə və hərbi sahələrdə əməkdaşlıq haqqında protokol imzalanıb. Protokolu, Kiprin xarici işlər naziri Yorgos Lillikas ilə Fransa xarici işlər naziri Mişel Alliot-Marie imzalayıb. Fransa xarici işlər naziri Alliot-Marie, mövzuyla bağlı verdiyi açıqlamada, sazişin Cənubi Kipr ilə Fransa arasındakı əlaqələri daha da gücləndirəcəyini, nazirliklər arasındakı təhsil, tətbiqat və geostrateji vəziyyətin analizi səviyyəsində genişləndirəcəyini bildirib.

Lillikas isə sazişin imzalanmasıyla bağlı öz razılığını ifadə edərək, bunu iki dövlət üçün də mühüm hadisə olaraq qiymətləndirib.

Cənubi Kipr mətbuatında yer alan xəbərlərə görə isə, iki dövlət arasında bağlanan bu sazişə görə Fransa ordusu, Zigi hərbi dəniz bazasını ve Bafdakı Andreas Papandreu hərbi hava bazasını istifadə edə biləcək. Sazişdə Cənubi Kipr ilə Fransa arasında ortaq hərbi əməliyyatların keçirilməsi və hərbi təcrübə və məlumat səviyyəsini artırmaq məqsədiylə qarşılıqlı əməkdaşlıq da nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, iki dövlət arasında imzalanan bu sazişin qüvvəyə minməsi üçün Cənubi Kipr Məclisi və Fransa prezidentinin protokolu təsdiqləməsi lazımdır.

Xəbər lenti

Xəbər lenti