...

Namiq Abdullayev Avropa çempionatını buraxacaq

Cəmiyyət Materials 18 Aprel 2007 13:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. " Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə yığması Sofiyada keçiriləcək qitə birinciliyinə eksperimental heyətlə yollanıb. Trend in xəbərinə görə, komandaya Namiq Sevdimov ( 55 kq), Abil İbrahimov ( 60 kq), Emin Əzizov ( 66 kq), Çamsuları Çamsularayev ( 74 kq), Novruz Temrezov ( 84 kq), Eldar Atakişiyev ( 96 kq) və Əli İsayev ( 120 kq) daxildir. Aslan Aslanovu əvəzləyən yığmanın baş məşqçisi Yaqub Məmmədov yeni güləşçiləri sınaqdan keçirməyi qərara alıb. Məqsəd sentyabrda Bakıda keçiriləcək lisenziya xarakterli mundialda ölkənin şərəfini qoruyacaq güləşçiləri müəyyənləşdirməkdir. Məhz bu üzdəndir ki, yığmanın heyətində Sidney olimpiadasının çempionu Namiq Abdullayev və digər təcrübəli pəhləvanlar yer almayıb.

Qeyd edək ki, ötən ilki qitə birinciliyində millimiz bir gümüş medalını məhz Abdullayevin səyləri hesabına qazanmışdı.

Xəbər lenti

Xəbər lenti