...

Azərbaycan yığmasında hindistanlı hokkeyçilər oynaya bilər

Cəmiyyət Materials 6 İyun 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın otüstü hokkey üzrə yığmasının baş məşqçisi Tahir Zaman komandaya Hindistandan idmançıların dəvət olunacağını istisna etmir.

Mətəxəssisin bildirdiyinə görə, bəzi oyunçular Bakıda keçirilən Çempionlar kubokunda "Atasport"un heyətinə cəlb edilib və artıq komanda yoldaşları ilə tanış olub.

"Hazırda bu məsələdə bəzi formal məqamlarla bağlı müəyyən nüanslar var. Onlar həllini tapan kimi məsələ ilə bağlı detallı söhbət aparmaq mümkün olacaq, o cümlədən Milli Federasiyanın rəhbərliyi ilə. Ancaq hesab edirəm ki, Hindistandan olan hokkeyçilərin Azərbaycan yığmasına düşmək üçün şansları var" - deyə Zaman qeyd edib.

O həmçinin bildirib ki, idmançılar iyunun 9-da Bakıda start götürəcək "AtaHolding Hockey Champions Challenge" reytinq turnirində iştirak etməyəcəklər.

Xəbər lenti

Xəbər lenti