...

Yelena Obrozsova Bakıda konsert proqramı ilə çıxış edir

Cəmiyyət Materials 14 İyun 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyun /müx. "TrendLife" Eldar Hüseynzadə/ SSRİ xalq artisti, ünlü opera müğənnisi Yelena Obrozsova artıq iki gündür ki, Bakıdadır. "TrendLife"ın verdiyi məlumata görə, bu iki gün müddətində müğənni iki gün master-klass verib. Konsertlər Muzey Mərkəzində keçirilib. Tədbir o qədər maraqlı keçib ki, zalda boş yer tapmaq mümkün deyilmiş. Hər kəs üçün onun ifasını izləmək maraqlı idi. Bu gün isə Obrozsova Müslim Maqomayev adına Dövlət Filarmoniyasında solo konsert verəcək. O, gecədə rus və xarici əsərləri ilə ifa edəcək. Konsertmeyster beynəlxalq müsabiqələr laureatı Mariya Çernova olacaq. Gecədə həmçinin Azərbaycan Opera və Balet Teatrının müğənnisi Dinarə Əliyeva iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti