...

Azərbaycanın sərbəst döyüş üzrə idmançıları Gürcüstan turnirində iştirak edəcəklər

Cəmiyyət Materials 11 İyul 2007 15:53 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın sərbəst döyüş üzrə idmançıları iyulun 12-də Tbilisidə start götürən Vaxtanq Balavadzenin şərəfinə olan turnirdə iştirak edəcəklər.

Milli Federasiyadan verilən məlumata görə, komandanın tərkibinə Elşən Mirzəyev, Arif Zamanov, Mehrac Həsənov, Ceyhun Əliyev (hamısı 55 kq), Vüsal Axundov, Bəhruz Niftiyev (hər ikisi 60 kq), Emin Əzizov, Vüsal Həsənov, Əli İsgəndərov (hamısı 66 kq), Elnur Əliyev, Xəqan Süleymanov, Aşil Quliyev, Elnur Aslanov ( 74 kq), Hacı Əlicanov ( 84 kq) və Müslüm Müslümov ( 96 kq) daxildirlər.

Komandaya həm ikinci yığma, həm də avqust ayına Pekində Dünaya birinciliyinə hazırlaşan gənc heyətin pəhləvanları daxildirlər. Gürcüstan səfəri də Çində keçiriləcək yarışlara gedəcək namizədlər üçün yoxlama mərhələ olacaq.

Xəbər lenti

Xəbər lenti