...

Sumqayıtda muğam axşamı keçiriləcək

Cəmiyyət Materials 19 İyul 2007 13:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyul/müx. "TrendLife" Fəridə Məhərrəmqızı/ İyulun 20-də Sumqayıtdakı Səməd Vurğun adına Mədəniyyət Sarayında müğam axşamı keçiriləcək. Həmin gecədə respublikanın tanınmış muğam ifaçıları sumqayıtlıların qonağı olacaq. Bu barədə "TrendLife"a adı çəkilən Mədəniyyət Sarayının bədii rəhbərliyindən məlumat verilib.

Muğam gecəsində Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Simarə İmanova çıxış edəcək.

Sumqayıtlıların arzusunu nəzərə alan Səməd Vurğun adına Mədəniyyət Sarayının rəhbərliyi "Muğam axşamı" layihəsini davam etdirməyi planlaşdırır. Belə ki, bundan sonra sarayda mütəmadi olaraq muğam və xalq mahnıları ifaçılarının konserti təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti