Azərbaycan, Bakı, 19 iyul /müx. "TrendLife" Vüqar Vüqarlı/ Azərbaycanın tanınmış müğənnisi Rəqsanə iki yeni mahnı üzərində işləyir. Mahnılar "Gül sən, gülüm" və "O baxışlar" adlanır. Bu haqda "TrendLife"a müğənni özü xəbər verib. "Gül sən, gülüm" mahnısı Tunara, "O baxışlar" isə Pərviz Məmmədova aiddir. Bu mahnılardan hansı biri xalq tərəfindən daha çox sevilsə, müğənni həmin mahnıya klip çəkdirəcək.