...

Müğənni Nadir Qafarzadə: "Gələcək konsertimi hər gecə yuxumda görürəm"

Cəmiyyət Materials 15 Avqust 2007 13:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / "TrendLife" , müxbir Ayəndə Dadaşova/ Avqust ayının 24-də "Yaşıl teatr" konsert kompleksində Azərbaycanın gənc müğənnisi Nadir Qafarzadənin solo konserti olacaq. Bu niyyətlə müğənni jurnalistlərlə görüşüb, "TrendLife"ın da suallarına cavab verib.

- Əlbəttə ki, həyəcanlanıram. Gələcək konsertimi hər gecə yuxumda görürəm. Mənə elə gəlir ki, hardasa nəyisə düz oxumamışam. Mən həmişə bu addımı atmaqdan çəkinmişəm. Tamaşaçılar qarşısında konsert vermək böyük məsulliyətdir.

- Sizin konsertiniz necə adlanır?

- Tamaşaçıların ən çox sevdiyi mahnılardan birinin adı ilə - "Mənə söz ver" adlanır. Həmin mahnının musiqisi Sədaqət Arif qızına aiddir.

- Bu konsert sizin həmkarlarınızın solo konsertindən nə ilə fərqlənəcək?

- Konsert iki hissədən ibarət olacaq. Birinci hissədə xalq artisti Nəriman Əzimovun rəhbərliyi altında xalq calğı orkestrinin müşayəti ilə klassik mahnılar ifa edəcəm. İkinci hissədə isə mənim ifamda eşitdiyiniz mahnıları ifa edəcəm.

- Bəs Flora xanımla duetiniz gözlənilirmi?

- Bu, artıq Flora xanımdan asılıdr. Konsertdə isə o iştirak edəcək.

- Biletlərin qiyməti nə qədərdir?

Bu suala isə konsertin təşkilatçısı Nahid Emiloğlu cavab verdi:

- Qiymətlər çox münasibdir. 7 manatdan 40 manata qədər.

- Nadir, bütün zalı dolduracağınıza əminsinizmi?

- Mən artıq danışmışam. İstər zalda iki və ya iki min insan olsun, mən oxuyacam. Axı mən tamaşaçım üçün oxuyuram. Məni sevməyənlərin konsertimdə nə işləri var.

- Rusiya bəstəkarlarının mahnılarını necə, ifa edəcəksizmi?

- Bəli, hansı mahnını ki, mənim ifamda eşitmisiniz, bir daha eşidəcəksiniz.

Sonda isə Nadir Qafarzadə konsertin təşkilatçılarına Nahid Emiloğluna, Gövhər Həsənzadəyə, Faiq Sücəddinova və başqalarına minnətdarlığını bildirdi.

Xəbər lenti

Xəbər lenti