...

Bəstəkar Sərdar Fərəcov: "Nə Rəssamlar, nədə Yazıçılar İttifaqı öz binalarından imtina etmədilər, bəs biz niyə etdik?"

Cəmiyyət Materials 22 Avqust 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir E. Hüseynzadə\ İndi aktiv olaraq Bəstəkarlar İttifaqının binası məsələsi həll olunur. Bir çoxları inad edir ki, əvvəlki yerlərinə qayıtsınlar. Həmin binada ki son illər Türkiyə səfirliyinə verilib. İndi səfirlik yeni iqamətgaha köçüb. "TrendLife" bu barədə bəstəkar Sərdar Fərəcovun fikrini öyrənmək istədi: "Elə oldu ki, bizim binanı 1991-ci ildə Türkiyə səfiliyinə verdilər. Mən indiyənə qədər bunun səbəbini başa düşməmişəm. O vaxt birinci katib Vasif Adıgözəlov dedi ki, bina qəza vəziyyətindədir tezliklə buradan çıxmaq lazımdır. Bizə bundan da yaxşı bina verəcəklər. Əlbəttə biz onda bir şey edə bilmədik. Əlbəttə bu sadəcə qurulmuş iclas idi. Bütün sənədlər artıq qutuda hazır idi. Royallar və bir çox şeylər açıq havada yağışın altında qalmışdı. Həmin qurultay əməlli başlı dəhşət idi. Bəzi arxiv sənədlər it-bat olmuşdur. Əgər indi də harasa köçürüksə yəqin ki, həmin vəziyyətin təkrarı olacaq. Əslində belə olmamalıdır. Vaxtında yazıçılar və rəssamlar ittifaqı öz binalarından çıxmadılar. Bəs biz nəyə görə qəhrəmanlıq göstərib çıxdıq? Mən həmişə deyirdim ki, biz nahaq yerə belə tezliklə binamızdan çıxdıq. Bu bəstəkarlardan heç biri nə evlərindən nə də medallarından, ordenlərindən imtina etməmişdilər. Bütün sənədlər itmişdir. Çalğı alətləri sınmış yararsız hala düşmüşdür. Bu çox acınacaqlı hal idi. Əgər insana nəyisə əetibar edirlərsə onu qorumaq lazımdır".

Xəbər lenti

Xəbər lenti