...

ABŞ-ın Azərbaycandakı səfiri: Bu ilin sonuna qədər rusiya va amerikalı ekspertəarin Qəbələyə baş çəkməsi gündəlikdədir

Cəmiyyət Materials 30 Avqust 2007 20:25 (UTC +04:00)
ABŞ-ın Azərbaycandakı səfiri: Bu ilin sonuna qədər rusiya va amerikalı ekspertəarin Qəbələyə baş çəkməsi gündəlikdədir

Azərbaycan, Ağcabədi/ Trend , müxbir Ş.Cəliloqlu/ Bu ilin sonuna qədər rusiya va amerikali ekspertlərin Qəbələyə baş çəkməsi gündəlikdədir. Bununla bağlı Ağcabədi rayonuna səfər edən Amerika Birləşmiş Ştatlarının Azərbacandakı səfiri Enn Dersi açıqlama verib.

Onun sözlərinə görə, Amerikanın bu məsələ ilə bağlı movqeyi açıqdır. Səfirin fikrincə, Rusiyanın bu təklifi, onun raketlərdan  mudafiə sistemlərinin qorunması üçün Amerika ilə əmakdaşlıq etmək istəyini göstərir.

"Eyni zamanda biz dərk edirik ki, müəyyən təhlükələr var ki, son nəticədə Rusiya bu təhlukələrin mövcudluğunu dərk etməyə başladı", deyə səfir əlavə edib.

Səfir bir daha xatırladıb ki, Qəbələ RLS-i Azərbaycana məxsus bir obyektdir və bu amil məsələyə Azərbaycanın da cəlb olunmasını qaçılmaz edir.

Amerikanın raket əleyhinə qurğularının Çexiya va Polsada yerlişdirilməsinə gəldikdə isə səfir deyib ki,

bu, müdafiə sisteminin takmillasdirilməsidir və bu hər hansi strateji balansa təsir göstərə bilməz. "Bu, Rusiya üçün heç bir təhlükə yaratmır", - xanım Dersi əlavə etdi.

Xəbər lenti

Xəbər lenti