...

Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib

İdman Materials 9 Aprel 2012 12:42 (UTC +04:00)
Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib.
Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir M.Əliyev/

Astara rayonunda yeni yaradılmış futbol klubu rəsmi qeydiyyatdan keçib.

Klubdan Trend-ə bildirilib ki, yeni futbol klubu "Sərhədçi (Astara)" Peşəkar Futbol Klubu adlanır.

Klubun "Sərhədçi (Astara)" adlandırılması rayonu əvvəllər təmsil etmiş komandanın adının bərpa olunması ilə bağlıdır.

Yeni yaranmış klub I divizionda oynamaq niyyətindədir. Klubun əsas məqsədlərindən biri komandanın tərkibini yalnız yerli gənclərdən formalaşdırmaqdır. Klub hazırda təşkilati işlərlə məşğuldur.

Klubun təsisçisi Astara rayonundan olan iş adamı Ruslan Dadaşovdur.

Ruslan Dadaşov 1976-cı ildə Astara rayonunun Balaca Şahağacı kəndində anadan olub. O, 1993-cü ildə Bakı şəhəri S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını, 1999-cu ildə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini, 2006-cı ildə Dövlət İqtisad Universitetinin maliyyə-kredit fakültəsini bitirib. Bakıda fəaliyyət göstərən bir neçə müəssisənin sahibidir.

Xəbər lenti

Xəbər lenti