...

"Qarabağ"ın qara bəxti: "Bakı" finalda

İdman Materials 25 Aprel 2012 18:45 (UTC +04:00)
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.
"Qarabağ"ın qara bəxti: "Bakı" finalda

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Trend-in məlumatına görə, ilk finalçının adına Ağdamın Quzanlı qəsəbə stadionunda aydınlıq gəlib. Burada yerli "Qarabağ" klubu paytaxtın "Bakı" klubu ilə qarşılaşıb.

Səfərdə 1:0 hesabı ilə qələbə qazanan Ağdam təmsilçisi bu oyuna arxayın çıxıb. Belə ki, hesabı gözlənilmədən paytaxt təmsilçiləri açıb. 38-ci dəqiqədə fərqlənən Lukas Horvat olub (0:1).

Matçın əsas vaxtı elə bu hesabla da başa çatıb. İki görüşün nəticəsinə görə hesab bərabər olduğundan qalibin müəyyənləşdirilməsi üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtlarda da hesab dəyişmədiyindən qalibin adı penalti zərbələrində məlum olub. "Bakı" penalti zərbələrində üstün olub - 4:5

Digər görüş isə paytaxtda keçirilir. "Neftçi" klubu paytaxtın digər təmsilçisi "İnter"lə qarşılaşır. Xatırladaq ki, ilk görüşdə 0:0 hesabı qeydə alınmışdı.

İlk qol "Neftçi"dən gəlib. 22-ci dəqiqədə Cavid İmamverdiyev fərqlənib (1:0).

Xəbər lenti

Xəbər lenti