...

"İnter" nigeriyalı futbolçunu baxışa dəvət edib

İdman Materials 20 İyun 2012 17:35 (UTC +04:00)
Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" klubu baxışa bir futbolçu dəvət edib.
"İnter" nigeriyalı futbolçunu baxışa dəvət edib

Azərbaycan, Bakı, 20 iyun /Trend/

Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" klubu baxışa bir futbolçu dəvət edib.

Trend klubun rəsmi saytına istinadən məlumat verir ki, Daniel Ola adlı nigeriyalı futbolçu ampluaca mərkəz müdafiəçidir. Karyerası ərzində o, İtaliyanın "Latsio", "Kyevo" və "Çezena" klublarında çıxış edib. Daha sonra Daniel Bolqarıstan və İndoneziya klublarının şərəfini qoruyub, futbolçunun sonuncu komandası isə Latviya çempionatında mübarizə aparan "Yurmala" olub.

Qeyd edək ki, Daniel Ola dünəndən etibarən "İnter" in düşərgəsinə qoşulub.

Xəbər lenti

Xəbər lenti