...

Ramilə Yusubova olimpiadada Cənubi Koreyadan olan idmançı ilə bacarmadı (ƏLAVƏ OLUNUB)

İdman Materials 31 İyul 2012 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bu gün London olimpiadasında 63 kq çəki dərəcəsində qadın cüdoçuların yarışında Azərbaycan təmsilçisi Ramilə Yusubova mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, Yusubova 1/16 final mərhələsində türkmənistanlı Gülnar Haytbayeva ilə qarşılaşıb.

Azərbaycan cüdoçusu mübarizədən qalib çıxaraq 1/8 final mərhələsində mübarizəni davam etdirib.

Onun növbəti - 1/8 final mərhələsində rəqibi daha güclü olub. Yusubova növbəti mərhələyə çıxmaq üçün cənubi koreyalı Da-Vun Younqu məğlub etməli idi.

Lakin Yusubova 1/8 final mərhələsində Cənubi Koreyadan olan idmançıya ippon fəndi ilə uduzub.

Xəbər lenti

Xəbər lenti