Azərbaycan, Bakı, 7 avqust /Trend/
Çərşənbə axşamı 2012-ci il Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında Azərbaycanın təmsilçisi Şalva Qadabadze İsveç güləşçisi Cimmi Lidberqlə görüşdə uduzaraq bürünc medal uğrunda mübarizəni dayandırıb.
Trend-in məlumatına görə, 96 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşünü 1/8 finalda rusiyalı Rüstəm Totrova qarşı keçirib.
İlk hissədə qalib gələn (3:0) təmsilçimiz ikinci hissədə bu uğurunu təkrarlaya bilməyib (0:1)
Üçüncü hissədə də rəqib üstün olub (0:2).
Beləliklə, Şalva növbəti mərhələyə adlaya bilməsə də, bürünc medal qazanmaq şansını saxlayıb. Belə ki, Rüstəm Totrov finala yüksəlib.
Lakin bürünc medal uğrunda ilk görüşdə Qadabadze Lidberqə ümumi hesabda 1:2 hesabla uduzub və bununla o, Olimpiya Oyunlarında iştirakını dayandırıb.