...

Lüksemburq-Azərbaycan oyununun hakimləri məlum oldu

İdman Materials 13 Mart 2013 17:26 (UTC +04:00)
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində keçiriləcək Lüksemburq-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Lüksemburq-Azərbaycan oyununun hakimləri məlum oldu

Azərbaycan, Bakı, 13 mart /Trend/

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 22-də Lüksemburq şəhərində keçiriləcək Lüksemburq-Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, matçın baş hakimi Padraigh Sutton, onun köməkçiləri Ciaran Delaney, Dermot Broughton, dördüncü hakim isə Neil Doyle təyin olunub.

Hakimlər briqadası İrlandiyadandır.

Oyun hakim-inspektoru Marcel Vanelshocht (Belçika), komissarı Volfqanq Thierrichter (Avstriya) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti