...

UEFA Çempionlar Liqası: "Barselona" heç-heçə etdi, "Bavariya" qələbə qazandı

İdman Materials 3 Aprel 2013 01:47 (UTC +04:00)
Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları baş tutub.
UEFA Çempionlar Liqası: "Barselona" heç-heçə etdi, "Bavariya" qələbə qazandı

Azərbaycan, Bakı, 3 aprel /Trend /

Çərşənbə günü UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində cavab oyunları baş tutub.

"Bavariya" doğma meydanında "Yuventus"-u qəbul edib. Almanlar 2:0 hesabı ilə qalib gəliblər,
Alaba oyunun 1-ci dəqiqəsində ilk topu və 67-ci dəqiqədə ikinci topu Müller vurub.

Günün digər qarşılaşmasında "Pari Sen Jermen""Barselona" klubunu qəbul edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib.

Hesabı "Barselona" 38-ci dəqiqədə Messinin qolu ilə açıb (0-1), oyunun ancaq 80-ci dəqiqəsində fransızlar İbrahimoviçin qolu ilə hesabı bərabərləşdirə biliblər (1-1). Oyunun 90-cı dəqiqəsində Xavinin penaltidən vurquğu qol "Barselona"-nı irəli salıb (1-2).

Oyunun əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə isə "PSJ"-nin oyunçusu Matyuydi hesabı yenədə bərabərləşdirib (2-2).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti