...

Azərbaycan Olimpiadanın təşkilində Braziliya təcrübəsindən istifadə edəcək (FOTO)

İdman Materials 29 Aprel 2013 14:54 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Braziliyaya səfər edərək Olimpiadaya hazırlıqla tanış olub.
Azərbaycan Olimpiadanın təşkilində Braziliya təcrübəsindən istifadə edəcək (FOTO)

Azərbaycan, Bakı, 29 aprel / Trend müxbir M.Əliyev/

Gənclər və idman naziri Azad Rəhimov Braziliyaya səfər edərək Olimpiadaya hazırlıqla tanış olub. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Səfər çərçivəsində nazir Rəhimov Braziliya Dövlət Olimpiya Komitəsinin prezidenti Marsio Forteslə görüşüb. M.Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək 2016-ci ildə Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya və Parolimpiya oyunlarına hazırlıq işlərindən danışıb. Azad Rəhimov Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar iki ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.

Sonra gənclər və idman naziri "Rio-2016" Təşkilat Komitəsinin Xarici əlaqələr üzrə direktoru, səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Sanktor "Rio-2016" Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi-nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Daha sonra, Rəhimov "Marakana" stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti