...

Kazanda XXVII Universiadanın açılışı olub (FOTO)

İdman Materials 7 İyul 2013 16:04 (UTC +04:00)
İyulun 6-da Tatarıstanın paytaxtı Kazan şəhərində XXVII Dünya Unuversiadasının açılış mərasimi keçirilib.
Kazanda XXVII Universiadanın açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 7 iyul /Trend/

İyulun 6-da Tatarıstanın paytaxtı Kazan şəhərində XXVII Dünya Unuversiadasının açılış mərasimi keçirilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni inşa olunmuş, 50 min tamaşaçı tutumu olan Kazan Arenada təşkil edilən mərasimdə Rusiya Prezidenti Vladimir Putin, FISU-nun prezidenti Klod Lui Qalyen, Tatarıstan Prezidenti Rüstəm Minnixanov və bir sıra digər rəsmi şəxslər iştirak ediblər.

Universiada iştirakçısı olan 170 dövlətin nümayəndə heyətlərinin arenaya daxil olması ilə davam edən mərasimdə Azərbaycan Respublikasının bayrağını Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qalibi, ağırlıqqaldıran Nicat Rəhimov aparıb.

Tədbirin bədii hissəsi 3D formatında təşkil edilib və bunun üçün stadiona toplaşmış tamaşaçıların hamısına 3D eynəkləri paylanmışdı. Bədii hissə zamanı Rusiya tarixi, mədəniyyəti və uğurları nümayiş olunub. Ümumiyyətlə, yüksək səviyyədə təşkil edilmiş mərasimi Olimpiya Oyunlarının açılış mərasimləri ilə müqayisə etmək olar.

Mərasimin sonunda Rusiya Prezidenti Vladimir Putin və FISU-nun prezidenti Klod Lui Qalyen çıxış edərək yarış iştirakılarına uğurlar arulayıblar.

Şounun sonunda FISU-nun bayrağı arenaya gətirilərək təşkilatın himninin sədaları altında yüksəldilib.

İdmançılar adından Olimpiya çempionu Aliyə Mustafina, hakimlər adından isə üçqat Olimpiya çempionu Yevgeni Sadov and içiblər.

Rusiya Prezidentinin yarışları açıq elan etməsindən sonra Universiadanın məşəli yandırılıb. Məşəli Rusiyanın məşhur idmançıları - hokkeyçi Nail Yaqubov, voleybolçu Yekaterina Qamova, paralimpiyaçı İrek Zaripov və çüdoçu Tahir Haybulayev alovlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti