...

"Mançester Siti" Yovetiçin keçidinə görə 25 milyon avro ödəyəcək

İdman Materials 19 İyul 2013 09:53 (UTC +04:00)
İtaliyanın "Fiorentina" klubunun hücumçusu Stevan Yovetiç bu gün rəsmi olaraq İngiltərənin "Mançester Siti" klubunun hücumçusu olacaq.
"Mançester Siti" Yovetiçin keçidinə görə 25 milyon avro ödəyəcək

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.Tanriverdiyev/

İtaliyanın "Fiorentina" klubunun hücumçusu Stevan Yovetiç bu gün rəsmi olaraq İngiltərənin "Mançester Siti" klubunun hücumçusu olacaq. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Bu gün Monteneqro millisinin oyunçusu tibbi müayinədən keçəcək və İngiltərə klubu ilə müqavilə bağlayacaq.

Daha əvvəl İtaliya təmsilçisi 23 yaşlı oyunçunun "Mançester Siti"yə keçidi ilə bağlı razılığa gəldiklərini açıqlamışdı. Transferin məbləği 25 milyon avro təşkil edir.

Bununla da "Siti" bu yay Xesus Navas, Fernandinyo, Alvaro Neqredo və Yoveteçin transferinə görə 100 milyon avrodan artıq pul xərcləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti