...

Azərbaycanı qış idman növləri üzrə təmsil edən idmançıların sayı artırılacaq

İdman Materials 3 Sentyabr 2013 12:29 (UTC +04:00)
Azərbaycan qış idman növləri üzrə çıxış edən idmançıların sayını artırmaq niyyətindədir.
Azərbaycanı qış idman növləri üzrə təmsil edən idmançıların sayı artırılacaq

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan qış idman növləri üzrə çıxış edən idmançıların sayını artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov çərşənbə axşamı keçirilən mətbuat konfransında bildirib ki, hazırda qış idman növləri üzrə idmançıların hazırlanması üçün Şahdağda şərait yaradılıb: "2014-cü ildə Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında Azərbaycandan cəmi 4 idmançı çıxış edəcək - 2 nəfər fiqurlu konkisürmə üzrə, 2 nəfər slalom sürüşmə üzrə. Bu çox azdır. Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün şərait yaradılıb və idmançı hazırlığına başlana bilər".

Nazir qeyd ki, bununla bağlı işlərə hazırda idman federasiyaları ilə məşqçilərin, yeni kadrların cəlb olunması üzrə danışıqlar aparılır: "Əvvəllər nə infrastruktur var idi, nə də idmançılar. Hazırda isə artıq infrastruktur hazırlanıb, indi qalır idmançıları və məşqçiləri cəlb etmək."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti