...

FİFA Tovuz şəhər stadionuna 2 ulduz verib

İdman Materials 8 Noyabr 2013 12:58 (UTC +04:00)
FİFA AFFA-nın Tovuz şəhər stadionunun süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə müraciətini cavablandırıb.
FİFA Tovuz şəhər stadionuna 2 ulduz verib

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

FİFA AFFA-nın Tovuz şəhər stadionunun süni örtüyünə yüksək sertifikat olan 2 ulduzun alınması məqsədilə müraciətini cavablandırıb.

Trend-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, FIFA tərəfindən adıçəkilən stadionun süni örtüyünə 2014-cü il noyabrın 5-dək 2 ulduzun verilməsini təsdiqləyən sertifikat artıq AFFA-ya göndərilib.

Bu, ölkəmizdə paytaxtdan kənarda yerləşən stadionun süni ot örtüyünə verilmiş ilk yüksək sertifikatdır.

Tovuz şəhər stadionunun süni ot örtüyü Topaz Premyer Liqasında çıxış edən klublarda uşaq futbolu üçün UEFA-nın ayırdığı vəsait və AFFA-nın maliyyəsi hesabına quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti