Azərbaycan, Bakı, 30 iyun /Trend/
"Tiraspol" - "İnter" oyununun hakimləri bəlli olub.
Trend AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də, Bakı vaxtı ilə saat 22:00-da keçiriləcək "Tiraspol" (Moldova) - "İnter" oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Oyunun baş hakimi Ante Vuçemiloviç, onun köməkçiləri: Dalibor Conjar, Hrvoje Barişiç, dördüncü hakim isə Damir Batiniç olacaq.
Hakimlər briqadası Xorvatiyadandır.