...

Şəhriyar Məmmədyarov: "Bu, mənim üçün qeyri-stabil oldu"

İdman Materials 13 Oktyabr 2014 21:47 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamurayla heç-heçə oynayıb.
Şəhriyar Məmmədyarov: "Bu, mənim üçün qeyri-stabil oldu"

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 10-cu turunda Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Hikaru Nakamurayla heç-heçə oynayıb. Trend-in məlumatına görə, partiyadan sonra Məmmədyarov oyunu haqda danışıb:

"Oyun heç-heçəyə gedirdi. Artıq gedişlər təkrarlanırdı. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Hərçənd risk olsaydı ağ fiqurlar hətta üstünlük qazana bilərdi. Ona görə heç-heçə etməklə düzgün qərar qəbul etdim. Özümə gəldikdə turniri major notda bitirmək istərdim. Ona görə son turda yalnız qələbə haqda düşünəcəm. Qran-Pri mənim üçün qeyri-stabil oldu. Əvvəlcə iki məğlubiyyət, sonra bir qələbə. Son turda qələbə qazanmaqla yarışı yaxşı əhval-ruhiyyədə başa vurmaq istərdim."

Hikaru Nakamura isə oyun üslubunun Şəhriyar Məmmədyarovla oxşar olduğunu dedi: "Əlbəttə, üstünlük qazanmaq yaxşı olardı. Lakin partiya bərabər səviyyədə davam etdi. Ona görə heç-heçəni normal nəticə sayıram. Məmmədyarovla oyun üslubum oxşardır. Maraqlıdır ki, Şəhriyarla oyunum hər zaman maraqlı mübarizə şəraitində keçir. Onunla oynamaq mənim üçün maraqlıdır. Şəhriyar sona qədər oynayır və hər zaman maraqlı gedişlərlə fərqlənir."

Xəbər lenti

Xəbər lenti