...

Mükafatsız qaldıq

İdman Materials 7 Noyabr 2014 19:52 (UTC +04:00)
Almaniyanın Bremen şəhərində 22-ci dünya çempionatında komanda yarışları başlanıb.
Mükafatsız qaldıq

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

Almaniyanın Bremen şəhərində 22-ci dünya çempionatında komanda yarışları başlanıb.

Azərbaycan Karate Federasiyasından Trend-ə verilən məlumata görə, komanda kumite yarışlarında iştirak edən Tural Ağalarzadə, Şahin Atamov, Niyazi Əliyev, Ayxan Mamayev və Rafiz Həsənovdan əlavə, heyətə cəlb edilən Pənah Abdullayev və Orxan Heydərli 3-cü görüşdə mübarizəni dayandırmalı olublar.

Günün nəticələri:

Kişilər

Azərbaycan - Çin 3:0
Tural Ağalarzadə 8:0, Pənah Abdullayev 8:0, Ayxan Mamayev 5:1

Azərbaycan - Braziliya 3:0
Tural Ağalarzadə 4:1, Niyazi Əliyev 5:0, Ayxan Mamayev 5:0

Azərbaycan - Türkiyə 2.5 - 2.5. Türkiyə 2 xal fərqi ilə qalib gəlib.
Niyazi Əliyev - Ehes Erkan 0:5
Tural Ağalarzadə - Sərkan Yağçı 0:0
Şahin Atamov - Yasər Şahintəkin 2-2
Ayxan Mamayev - Ərman Ərtəmur 3-0
Pənah Abdullayev - Gökhan Gündüz 1-1

Qələbə görüşün sonuna 4 saniyə qalmış əldən verildi. Rəqib qrup finalında 2:3 hesabı ilə uduzduğundan komandamızın bürünc medal şansları da yoxa çıxdı.

Qadınlar

Azərbaycan - Hindistan 2:0
İlahə Qasımova 8:0, Fəridə Abiyeva 8:0

Azərbaycan - Finlandiya 0:2
Nuranə Əliyeva 0:3, İlahə Quliyeva 1:4

Rəqib qrup finalında məğlub olduğuna görə komandamızın bürünc medal şansı boşa çıxdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti