...

Qadının vurduğu qol ilk dəfə ilin ən gözəl qolları üçlüyünə düşdü

İdman Materials 2 Dekabr 2014 12:14 (UTC +04:00)
Beynəlxalq Futbol Assoasiyaları Federasiyası (FİFA) 2014-cü ilin ən gözəl qol müəlliflərinin üçlüyünü müəyyən edib. Trend xəbər verir ki, bu barədə təşkilatın “Twitter”dəki rəsmi səhifəsində deyilir.
Qadının vurduğu qol ilk dəfə ilin ən gözəl qolları üçlüyünə düşdü

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Beynəlxalq Futbol Assoasiyaları Federasiyası (FİFA) 2014-cü ilin ən gözəl qol müəlliflərinin üçlüyünü müəyyən edib. Trend xəbər verir ki, bu barədə təşkilatın "Twitter"dəki rəsmi səhifəsində deyilir.

"Pimaunt Yunayted"in irlandiyalı futbolçusu Stefani Roş, Kolumbiya yığmasının yarımmüdafiəçisi Hames Rodriges və Hollandiya millisinin hücumçusu Robin van Persi Ferents Puşkaş mükafatına nominantların üçlüyünü təşkil edir. Onların vurduqları qollar FİFA-nın rəsmi saytının ilin ən gözəl qolunun seçiminə həsr edilmiş sorğusunda səslərin əksəriyyətini toplayıb.

Xatırladaq ki, əvvəllər nominantların üçlüyünə yalnız kişilərin vurduqları qollar daxil edilirdi. Beləliklə, ilk dəfə bu üçlüyə müəllifi qadın olan qol düşüb. Mükafatın sahibi 2015-ci il yanvarın 12-də "Qızıl top"un dünyanın ən yaxşı oyunçusuna təqdim olunması mərasimində elan ediləcək.

Macarıstan yığmasının keçmiş hücumçusu Ferents Puşkaşın adına mükafat 2009-cu ildən təsis olunub. Mükafatın laureatı cinsindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir oyunçu ola bilər. Qolların seçim meyarları gözəllik, topun vurulduğu matçın vacibliyi və "Fair Play" qaydalarına əməl olunmasıdır. Həm də qol bəxti gətirmənin və rəqibin səhvinin nəticəsi olmamalıdır. Kriştianu Ronaldu, Hamit Altıntop, Neymar, Miroslav Stox və Zlatan İbrahimoviç bu mükafata layiq görülüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti