...

Yozef Blatterin xələfi kim olacaq?

İdman Materials 10 İyun 2015 11:21 (UTC +04:00)
FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub.
Yozef Blatterin xələfi kim olacaq?

Azərbaycan, Bakı, 10 iyun /Trend/

FİFA prezidentliyinə növbədəkənar seçkinin vaxtı məlum olub.

Trend-in BBC-yə istinadən yaydığı xəbərə görə, bu tədbir 2016-cl ilin dekabrın 16-da İsveçrənin Sürix şəhərində keçiriləcək.

Səsvermədə FİFA üzvü olan 209 federasiyanın rəhbəri iştirak edəcək.

Qeyd edək ki, məlum korrupsiya qalmaqalından sonra FİFA-nın hazırkı prezidenti Yozef Blatter vəzifəsindən istefa verib. O, quruma yeni rəhbər seçilənə qədər vəzifəsini icra edəcək.

Hələlik qarşıdakı seçkidə İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyn iştirak edəcəyini açıqlayıb. O, ötən ay baş tutan seçkidə Blatterin rəqibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti