...

"Formula-1"in Bakı mərhələsi gələn il iyulun 17-də keçiriləcək

İdman Materials 11 İyul 2015 11:33 (UTC +04:00)
"Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək.
"Formula-1"in Bakı mərhələsi gələn il iyulun 17-də keçiriləcək

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir Maksim Tsurkov/

"Formula-1" avtoyarışları üzrə Avropa Qran-Prisi 2016-cı il iyulun 17-də Bakıda keçiriləcək. Bu barədə Trend "Formula-1"in rəsmi saytına istinadən məlumat verir.

Bakının mərkəzi üzrə keçəcək şəhər trassının layihəsi German Tilkenin arxitektura bürosu tərəfindən hazırlanıb.

Bakıda keçiriləcək yarışlar özünün unikallığı ilə seçiləcək. Monako və Sinqapurla yanaşı, Bakı da şəhər trassı üzrə yarışı keçirəcək. Bununla da, Bakıdakı yarışda bolidlər Dənizkənarı Milli Parka paralel hərəkət edəcəklər və "İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu" ətrafında dövrə vuracaqlar. Bununla da, tamaşaçılar və qonaqlar bu yarışlar ərzində bütün şəhəri seyr edə biləcəklər.. Onu da qeyd etmək lazımdır ki, "Formula-1" yarışları dünyada ən populyar televiziya yarışlarından biridir.

6 kilometr uzunluğunda trass olduqca ciddi hündürlük, yoxuş və eniş dəyişikliklərinə malik olacaq.

Qeyd edək ki, BakIdakI yarışlarin təşkilatçısı "Baku Grand Prix" və Azərbaycan Avtomobil Federasiyasidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti