...

Millimizin üzvü yenidən "Qarabağ"da

İdman Materials 24 İyul 2015 17:12 (UTC +04:00)
Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn "Qarabağ" transfer çalışmalarını da davam etdirir.
Millimizin üzvü yenidən "Qarabağ"da

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn "Qarabağ" transfer çalışmalarını da davam etdirir.

Trend klubun saytına istinadən məlumat verir ki, bu gün "Qarabağ" daha bir transferini reallaşdırıb. Komanda millimizin üzvü Əfran İsmayılovla müqavilə imzalayıb. "Qarabağ"ın yetirməsi olan 27 yaşlı yarımmüdafiəçi ilə 1 illik saziş imzalanıb.

Əfran bu gündən etibarən komanda ilə məşqlərə qoşulub.

Sağ cinah yarımmüdafiəçisi keçidini belə dəyərləndirib: "Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. "Qarabağ" iddialı, hədəfləri olan komandadır. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnşallah, keçidim hər iki tərəf üçün faydalı olar".

Xatırladaq ki, Ə.İsmayılov yay transfer dönəmində komandanın sıralarına qatdığı 10-cu transferdir. Daha öncə "Qarabağ" Dani Kintana, Elharbi El Jadoui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə, Rydell Poepon və Mahir Mədətovu sıralarına qatmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti