...

Taekvandoçularımız lisenziya uğrunda mübarizə aparacaq

İdman Materials 12 Yanvar 2016 16:05 (UTC +04:00)
Taekvandoçularımız “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq.
Taekvandoçularımız lisenziya uğrunda mübarizə aparacaq

Bakı. Trend:

Taekvandoçularımız "Rio-2016" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə qatılacaq.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13 yanvar tarixində Türkiyənin İstanbul şəhərinə yollanacaq komandamız turnirdə 3 idmançı ilə təmsil olunacaq. Bu turnir yığma komandamıza 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarına növbəti 3 lisenziyanı qazanmaq şansı verir.

Yarışda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Elnur Amanovun rəhbərlik etdiyi kişilərdən ibarət yığma komandanın üzvü Milad Beigi Hərçəqanı -80 kq çəki dərəcəsində ölkəmizi təmsil edəcək.

Qadın taekvandoçuların baş məşqçisi Sun Mi Park və böyük məşqçi Hyeyoung Choinin yetirmələrindən isə -49 kq cəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (-67 kq) Yay Olimpiya Oyunlarına qatılmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki,16-17 yanvar tarixlərində keçiriləcək Avropa təsnifat turnirin finalında qarşılaşan idmançılar "Rio-2016"-ya vəsiqəni təmin etmiş olacaq.

Xatırladaq ki,yığma komandanın digər üzvü dünya və Avropa çempionu, I Avropa Oyunların qalibi Radik İsaev +87 kq çəki dərəcəsində dünya reytiq siyahısında tutduğu yer sahəsində artıq lisenziya əldə edib.

Qeyd edək ki, olimpiadada taekvando yarışında 64-ü qadın və 64-ü isə kişi idmançı olmaqla ümumilikdə 128 taekvandoçu iştirak edəcək. Oyunların reqlamentinə görə, hər ölkəyə dörd çəki dərəcəsində lisenziya qazanmaq imkanı verilir ki, onlardan 2-si qadın, 2-si kişi idmançı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti