...

Lebron Ceyms MBA tarixində ən məhsuldar oyunçular onluğuna daxil olub

İdman Materials 6 Noyabr 2016 11:33 (UTC +04:00)
Milli basketbol assosiasiyasının Filadelfiya klubunun oyunçusu Lebron Ceyms Klivlend klubuna qarşı oyunda 25 xal toplayaraq, liqanın ən məhsuldar oyunçuları siyahısında 10-cu yerə yüksəlib
Lebron Ceyms MBA tarixində ən məhsuldar oyunçular onluğuna daxil olub

Bakı. Trend:

Milli basketbol assosiasiyasının "Filadelfiya" klubunun oyunçusu Lebron Ceyms "Klivlend" klubuna qarşı oyunda 25 xal toplayaraq, liqanın ən məhsuldar oyunçuları siyahısında 10-cu yerə yüksəlib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hal hazırda 31 yaşlı basketbolçunun hesabında 26970 xal var. Ondan bir pillə irəlidə olan Elvin Xeyesin isə 27313. Siyahının birinci pilləsində isə Kərim Əbdül-Cabbar 38387 xalla yer alıb.

Qeyd edək ki, Ceyms liqa tarixində 3 dəfə finalın ən qiymətli oyunçusu seçilən 4-cü oyunçudu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti