...

İdman sahəsində ilin ən yaxşıları seçiləcək

İdman Materials 5 Dekabr 2016 19:48 (UTC +04:00)

Bakı. Trend:

İdman Araşdırmalar Mərkəzi ardıcıl 4-cü dəfə "İlin qalibləri" layihəsinin icrasına başlayıb.

Trend-in məlumatına görə, ilkin mərhələdə 8 nominasiya üzrə namizədlər müəyyənləşəcək:

1. İlin idman xadimi;
2. İlin yerli futbolçusu;
3. İlin yerli idmançısı (digər növlər üzrə);
4. İlin əcnəbi idmançısı (bütün növlər üzrə);
5. İlin komandası (futbol və digər növlər üzrə);
6. İlin baş məşqçisi (futbol və digər növlər üzrə);
7. İlin mətbuat katibi (futbol və digər növlər üzrə);
8. İlin idman jurnalisti.

Futbol nominasiyaları üzrə namizədlər dekabrın 9-da, digər növlər üzrə isə dekabrın 13-də açıqlanacaq. Bu da futbol üzrə Avropa Liqasının qrup mərhələsində son turun dekabrın 8-də, taekvondo üzrə komandalararası dünya çempionatının isə 12-13 dekabrda keçiriləcəyi ilə əlaqədardır.

Qaliblərlə yanaşı, Mərkəzin xüsusi mükafatları dekabrın sonlarında təşkil olunacaq təntənəli mərasimdə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti