...

Taekvandoçumuz İslamiadada yarımfinala yüksəldi

İdman Materials 17 May 2017 10:41 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.
Taekvandoçumuz İslamiadada yarımfinala yüksəldi

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.

Trend-in məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Ayxan Tağızadə Əfqanıstan təmsilçisi Ruhullah Nikpa ilə qarşılaşıb.

Avropa Oyunlarının qalibi A.Tağızadə rəqibindən üstün döyüş nümayiş etdirib - 28:14.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti