...

Bakı-2017: Taekvandoçumuz medala doğru (YENİLƏNİB)

İdman Materials 18 May 2017 11:20 (UTC +04:00)
IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında təmsilçimiz Məhəmməd Məmmədov növbəti qələbəsini qazanıb.
Bakı-2017: Taekvandoçumuz medala doğru (YENİLƏNİB)

İlk xəbər saat 10:11-də yayılıb

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışlarında təmsilçimiz Məhəmməd Məmmədov növbəti qələbəsini qazanıb.

Trend-in məlumatına görə, 1/4 finalda Mərakeş idmançısı Ömər Haccami ilə qarşılaşan M.Məmmədov rəqibindən üstün olub - 26:10.

X X X

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.

Trend-in məlumatına görə, Azərbaycanı 63 kq çəki dərəcəsində kişilərin mübarizəsində təmsil edən Məhəmməd Məmmədov 1/8 final mərhələsində İndoneziya idmançısı İbrahim Zarmanla qarşılaşıb.

Gərgin keçən döyüş təmsilçimizin xeyrinə başa çatıb - 9:2.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti