...

"İnter" də növbəti mərhələdə (VİDEO)

İdman Materials 6 İyul 2017 23:40 (UTC +04:00)
Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib
"İnter" də növbəti mərhələdə (VİDEO)

Bakı. Trend:

Bakının “İnter” futbol klubu UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiyanın “Mladost” komandasını qəbul edib.

Trend-in məlumatına görə, oyun 2:0 hesabı ilə qələbəsi ilə təmsilçimizin xeyrinə yekunlaşıb.

İlk qolu oyunun 23-cü dəqiqəsində Denis Silva Cruz "İnter"i irəli çıxarıb. Oyunun 74-cü dəqiqəsində komandamızın kapitanı Nizami Əliyev baxımlı qol vuraraq oyunda yekun hesabı müəyyən edib - 2:0.

Beləliklə, “İnter” futbol klubu UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsinə vəsiqə qazanıb.

https://cdn.trend.az/media/pictures/2017/07/06/video_inter_060717.mp4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti