Bakı. Trend:
Sarayevo şəhərində təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.
Trend AFFA-ya istinadən məlumat verir ki, Bosniya və Herseqovinanın U-17 yığması ilə keçirilmiş oyunda futbolçularımız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Turan Vəlizadə vurub.
Bu komandalar arasında avqustun 14-də keçirilmiş oyun 0:0 hesabı ilə yekunlaşmışdı.