...

Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edildi

İdman Materials 17 Avqust 2017 15:24 (UTC +04:00)
Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.
Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının vitse-prezidenti təyin edildi

Bakı. Trend:

Azərbaycan Taekvando Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvando Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

Trend Azərbaycan Taekvando Federasiyasına istinadən məlumat verilir ki, K.Heydərov bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Belə ki, qitələr üzrə seçilmiş taekvando birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən seçilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti