Bakı. Trend:
Baş məşqçinin müqaviləsinə xitam verilib.
Trend AFFA-ya istinadən məlumat verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçirilmiş İsrail – Azərbaycan və Azərbaycan – İrlandiya oyunları ilə bağlı bu gün yığmamızın baş məşqçisi Yaşar Vahabzadə AFFA-nın baş katibi Elxan Məmmədova hesabat təqdim edib.
Hesabat dinlənildikdən sonra qarşılıqlı razılıq əsasında Yaşar Vahabzadənin Azərbaycan U-21 yığmasının baş məşqçisi kimi müqaviləsinə xitam verilib.