...

ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək

İdman Materials 17 Oktyabr 2017 20:55 (UTC +04:00)
Oktyabrın 20-də saat 19:30-da Pullman oteldə ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin, püşkatma mərasimi keçiriləcək.
ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək

Bakı. Trend:

Oktyabrın 20-də saat 19:30-da Pullman oteldə ABL Cup 2017/18 turnirinin qrup mərhələsinin, püşkatma mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, tədbirin təşkilatçısı ASEP (AZFAR SPORT EVENTS & PROMOTION) şirkəti mərasimi yüksək şəkildə keçirməklə, yenidən diqqətləri üzərinə cəlb edəcək.

Keçiriləcək “kor” püşkatma nəticəsində, 32 komanda 8 qrupa bölünəcək. Qeyd edək ki, qrup mərhələsində hər bir komanda 3 oyun keçirəcək. Qrup mərhələsinin nəticələrinə görə, pley-off mərhələsində püşkatma nəticəsində bütün komandalar, görüşlərini genişlənmiş olimpiya sistemi üzrə davam edəcəklər. Qrup mərhələsində keçirilən oyunların nəticəsindən asılı olmayaraq, komandalar çempionatın ümumi cədvəlində yer qazanmaq və reytinq cədvəlindəki mövqelərini yüksəltmək uğrunda mübarizə aparacaqlar.

Çempionatın rəsmi saytında www.abl.az, püşkatma mərasiminin nəticələri online izləmək imkanı olacaq. Növbəti gün qrup mərhələsinin oyunlarının təqvimi saytda artıq dərc olunacaq.

ABL Cup 2017/18 turnirinin püşkatma mərasimi, televiziya və mətbuatda geniş şəkildə işıqlandırılacaq. Tədbirə tanınmış qonaqlar, idman və şou-biznesin məhşur simaları təşrif buyuracaq. Püşkatma mərasiminin rəsmi hissəsindən sonra, qonaqlar üçün xüsusi olaraq Pullman otelinin baş-aşpazının hazırladığı nəfis qəlyanaltılar və dadlı desertlər ilə zəngin furşet düzənlənəcək. Deejay-in səsləndirdiyi zövqlü musiqilər, gecənin xoş ab-havasını bir azda rəngarəng edəcək.

Xəbər lenti

Xəbər lenti