...

AFFA "Qəbələ" və "Zirə"ni sərt cəzalandırdı

İdman Materials 21 Fevral 2018 14:28 (UTC +04:00)
Premyer Liqanın XVI turunun “Qəbələ” - “Zirə” matçında baş verənlər AFFA İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub.
AFFA "Qəbələ" və "Zirə"ni sərt cəzalandırdı

Bakı. Trend:

Premyer Liqanın XVI turunun “Qəbələ” - “Zirə” matçında baş verənlər AFFA İntizam Komitəsi tərəfindən geniş müzakirə olunub.

Trend-in məlumatına görə, İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra bir sıra qərarlar qəbul edib.

Belə ki, “Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ” klubunun 8 №-li futbolçusu Qismət Alıyev, 14 №-li futbolçusu Cavid Hüseynov, “Zirə” klubunun 43 №-li futbolçusu Riçard Qadze, 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətlərə yol veriblər. Bu səbəbdən futbolçular 2 oyun cəzalanıb, hər iki klub 3200 manat cərimə olunub.

“Zirə” klubunun baş məşqçisi Ayxan Abbasov stadionun dəhlizində təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub. Baş məşqçiyə verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 6 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

“Qəbələ” klubu təhlükəsizliyi və ictimai asayişi tam təmin etmədiyinə görə 4000 manat cərimə olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub daha ağır cəzalanacaq.

“Qəbələ” klubunun məşqçisi Sənan Qurbanov texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti