...

Tramp Koreyaya gəldi - Olimpiya Oyunları üçün

İdman Materials 23 Fevral 2018 13:28 (UTC +04:00)
Donald Trampın qızı və müşaviri İvanka Tramp 23-cü Qış Olimpiya oyunlarının bağlanış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
Tramp Koreyaya gəldi - Olimpiya Oyunları üçün

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın qızı və müşaviri İvanka Tramp 23-cü Qış Olimpiya Oyunlarının bağlanış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

Trend-in məlumatına görə, İ.Tramp bununla əlaqədar artıq Cənubi Koreyanın paytaxtı Seula gəlib.

O, paytaxtda bir sıra görüşlər keçirdikdən sonra Olimpiya Oyunlarının keçirildiyi Pxençxana yola düşəcək.

Qeyd edək ki, Olimpiya Oyunlarının rəsmi bağlanış mərasimi fevralın 25-i keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti